“Metroda gündəlik dezinfeksiya işləri aparılacaq”.
E-huquq.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Zaur Hüseynov bildirib.
Z. Hüseynov deyib ki, depoda da, qatarlarda da sanitar işlər görüləcək: “Dezinfeksiya işləri gündə 3 dəfədən artıq həyata keçiriləcək. Əminəm ki, Prezidentin "Biz birdikdə güclüyük" şüarı ilə bu günlərdən qələbə ilə çıxacağıq”.
***
17:14
“Sərnişinlərdən tibbi maska taxmaq tələb ediləcək”.
E-huquq.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Zaur Hüseynov bildirib.
Z. Hüseynov deyib ki, bunu metro polisi və əməkdaşlar sərnişinlərdən tələb edəcək: “Sosial məsafənin qorunması vacibdir. Sərnişinlərin sosial məsafənin qorunması üçün istiqamətləndirici işarələrdən istifadə ediləcək. Bununla belə, sosial məsafənin qorunması yenə də sərnişinlərdən asılıdır”.
***
17:09
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirir.
E-huquq.az-ın məlumatına görə, brifinqdə KİV nümayəndələrini maraqlandıran suallara cavab verilir.
