Məzmuna keç

DİN ötən gün baş verən cinayət faktlarını açıqladı

Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb.

E-huquq.az xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 46 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.