Məzmuna keç

Pakistanın Federal Ombudsmanı Azərbaycana təşəkkür etdi

"Süni intellekt dövründə insan hüquqları kimi cəmiyyətlərimizi sürətlə dəyişdirən mühüm bir mövzu ətrafında Ombudsmanların Beynəlxalq Bakı Sammitində çıxış etmək mənim üçün böyük şərəfdir".

E-huquq.az xəbər verir ki, bunu Pakistanın Federal Ombudsmanı Navid Kamran Baloş Ombudsmanların Beynəlxalq Bakı Sammitinin çərçivəsində keçirilən "Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər" adlı plenar sessiyada deyib.

"Bu möhtəşəm sammitin yüksək səviyyədə təşkilinə və göstərilən səmimi qonaqpərvərliyə görə Azərbaycan Respublikasına, xüsusilə də Zati-aliləri xanım Səbinə Əliyevaya və onun peşəkar komandasına dərin minnətdarlığımı bildirmək istəyirəm", – deyə o qeyd edib.