Məzmuna keç

“Azel TV”nin baş redaktoru barədə Baş prokurorluqda cinayət işi başlandı

Baş prokurorluq “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqovun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumata münasibət bildirib.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov e-huquq.az-a açıqlamasında bildirib ki, Əfqan Sadıqovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb:

“İş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Əfqan Sadıqov Cinayət Məcəlləsinin konkret maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Təfərrüatları barədə tərəfimizdən ictimaiyyətə əlavə məlumat veriləcək”.