Məzmuna keç

Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 13-ə çatıb –

Rusiya gecə saatlarında Kiyevə hava zərbləri endirib.

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Hadisə nəticəsində həlak olanların sayı 13 nəfərə çatıb.

Kiyev meri Vitali Kliçko sosial media hesabında etdiyi paylaşımda xəsarət alanların sayının 86-ya yüksəldiyini açıqlayıb.

Hücumdan zərər görmüş ərazilərdən 34 nəfər xilas edilib. Axtarış-xilasetmə işləri davam edir.

Kliçkonun sözlərinə görə, hücumlar raketlər və pilotsuz uçuş aparatları (PUA) vasitəsi ilə həyata keçirilib.

Zərbələr nəticəsində ev və binalara da ziyan dəyib.

***

Rusiyanın Kiyevə endirdiyi hava zərbəsi nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb.

E-huquq.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəisi Timur Tkaçenko məlumat yayıb.

Humay Eminqızı