Məzmuna keç

Sabirabadda avtomobil piyadanı vuraraq öldürdü

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə şəhərin M. S. Ordubadi küçəsində qeydə alınıb.

Sabirabad şəhər sakini, 1985-ci il təvəllüdlü Əsgərov Amid Gülxan oğlu yolu keçən zaman "Mersedes" markalı avtomobil onu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.