Məzmuna keç

Türkiyədə Krım-Konqo qızdırmasından daha bir nəfər ölüb

Türkiyənin Sivas vilayətində 55 yaşlı qadın Krım-Konqo qızdırmasından ölüb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Koyulhisar rayonunda 55 yaşlı Solmaz Aksunu gənə dişəyib.

Qadın xəstəxanaya aparılıb. Müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Şəbnəm Mehdizadə