Məzmuna keç

Azərbaycanda daha 13 məhkum koronavirusa yoluxub –

Azərbaycanda cəzaçəkmə müəssisələrində koronavirusa yoluxma halları davam edir.

E-huquq.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, daha 13 nəfər məhkum bu virusa yoluxub: “Cəzaçəkmə müəssisələrində 33 məhkumda koronavirus aşkar edilmişdi. Hazırda koronavirusa yoluxan məhkumların sayı 46 nəfərə çatıb. TƏBİB və Penitensiar Xidmətin tibbi briqadalarının birgə səyi ilə həmin xəstələrin müalicəsi davam etdirilir”.