Məzmuna keç

Nazirlər Kabineti: Postların ləğvi nəzərdə tutulmur

"Karantin rejimi tam ləğv olunmayıb. Ona görə də postların ləğvi nəzərdə tutulmur".

E-huquq.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, qaydalara necə əməl olunmasına nəzarət Daxili İşlər Nazirliyi tərəfindən tənzimlənir: "Onlar hesab etsə ki, artım və ya azalmaya ehtiyac var buna uyğun da qərar veriləcək".

O qeyd edib ki, narıncı zona hesab edilən ərazilərə giriş-çıxış qadağası qüvvədədir.

İ.Məmmədov bildirib ki, kütləvi idman tədbirləri ilə bağlı məsələ gündəmdədir: "Ola bilsin ki, növbəti mərhələdə nəsə qərar qəbul edilsin".