Məzmuna keç

Samvel Karapetyanın ev dustaqlığı daha 2 ay uzadıldı

Məhkəmə rusiyalı iş adamı Samvel Karapetyanın ev dustaqlığının müddətini daha 2 ay uzadıb.

E-huquq.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan mediası yayıb.

Qeyd edək ki, müxalif “Güclü Ermənistan” partiyasının lideri olan iş adamı Samvel Karapetyan “hakimiyyətin zorla ələ keçirilməsinə çağırış” maddəsi ilə açılan cinayət işi çərçivəsində ev dustaqlığında saxlanılır.