Ermənistanın ədliyyə naziri Artak Zeynalyan istefa qərarını açıqlayıb.
E-huquq.az-ın məlumatına görə, o, bu barədə özünün "Facebook" səhifəsində yazıb.
A.Zeynalyan bu postu tutmağın məsuliyyətli bir iş olduğunu qeyd edib.
Daha sonra istefasının səbəbini açıqlamadan həmkarlarına təşəkkürünü bildirib.
Xatırladaq ki, daha əvvəl Nikol Paşinyan məhkəmə hakimlərini istefa verməyə çağırmışdı. Mayın 24-də Ermənistan Ali Məhkəmə Şurasının sədri Qaqik Arutyunyan tutduğu vəzifədən istefa vermişdi.
