Avropa İttifaqı (Aİ) səfirləri Brüsseldə Aİ xarici işlər nazirlərinin görüşünə qədər 21-ci sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyib.
E-huquq.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məlumat yayıb.
"21-ci sanksiyalar paketi üzərində iş hələ başa çatmayıb", – deyə Kallas bildirib.
“Nazirlər ümid edirlər ki, qara siyahıya 250 nəfər daxil ediləcək. Bunlar müxtəlif sahələrdə çalışan fərqli insanlardır", – deyə o əlavə edib.
Humay Eminqızı
