Məzmuna keç

Volqa çayında kater batıb

Rusiyanın Saratov şəhərinin Zavodskoy rayonu yaxınlığında kater batıb.

E-huquq.az TASS-a istinadən xəbər verir ki, hadisə çərşənbə axşamına keçən gecə Bolşaya Sadovaya küçəsi yaxınlığında, Volqa çayında baş verib.

Hadisə nəticəsində 5 nəfər xilas edilib. Onlardan üçü xəstəxanaya aparılıb.

Humay Eminqızı