Məzmuna keç

Taylandda gecə klubunda baş verən yanğında həlak olanların sayı 32 nəfərə çatıb

Taylandın paytaxtı Banqkokdakı gecə klubunda baş verən yanğında həlak olanların sayı 32 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə “Bangkok Post” qəzeti məlumat yayıb.

Məlumata görə, 27 nəfər hadisə yerində həyatını itirib, 5 nəfər isə həkimlərin səylərinə baxmayaraq xəstəxanalarda dünyasını dəyişib.

Həyatını itirənlərin şəxsiyyəti müəyyən edilib.

Hazırda hadisənin başvermə şəraiti ilə bağlı araşdırma aparılır.

Hüquq-mühafizə orqanları müşahidə kameralarının görüntülərini araşdırır və faciənin səbəblərini müəyyən etmək üçün sağ qalan şəxsləri dindirməyə davam edir.

Humay Eminqızı