Məzmuna keç

Ötən il Azərbaycanda 11 mindən çox əcnəbi məsuliyyətə cəlb edilib

Ötən il Azərbaycanda ölkədə olma və yaşama qaydalarını pozan əcnəbilərin sayı açıqlanıb.

E-huquq.az-ın məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında deyilir.

2019-cu ildə ölkədə olma və yaşama qaydalarını pozan 11 564 əcnəbi müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib. Bundan əlavə 8 093 nəfər respublikanın hüdudlarından inzibati qaydada çıxarılıb.