Bu gün Nərimanov Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndiriləm Kənan Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Vəkil Əli Hüseynovun e-huquq.az-a verdiyi məlumata görə, məhkəmə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verib.
Qeyd edək ki, hadisə ötən il aprelin 20-də paytaxtın Ziya Bünyatov prospektində baş verib. Belə ki, K. Kərimov idarə etdiyi avtomobillə yolu keçmək istəyən piyadanı vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.
