“Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclası müxtəlif ölkələrin korrupsiyaya qarşı mübarizə sahəsində səylərini birləşdirməyə yönəlib”.
E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Burkina-Fasonun Ali Dövlət Nəzarəti və Korrupsiyaya qarşı Mübarizə Orqanının baş nəzarətçisi Lassane Kompaore deyib.
“İlk növbədə, Burkina-Faso hakimiyyət orqanları və burada iştirak edən nümayəndə heyəti adından üçüncü Nazirlər Görüşünün keçirilməsini alqışlamaq istərdim. Bu, həmin görüşün üçüncü buraxılışıdır. İlk görüş Ciddədə, ikincisi isə Dohada keçirilib. Bu baxımdan Bakıda iştirak etməkdən böyük şərəf duyuruq. Biz çox mehriban qarşılandıq və Azərbaycan Respublikasının əfsanəvi qonaqpərvərliyini yüksək qiymətləndiririk”, – deyə o qeyd edib.
Şəbnəm Mehdizadə
