Məzmuna keç

İran Hörmüz boğazının birgə idarə olunması ilə bağlı Omanın təklifini rədd etdi

İran Hörmüz boğazının birgə idarə olunması, eləcə də gəmi sahiblərinin tranzit üçün könüllü ödənişlər etməsi ilə bağlı Omanın təklifini rədd edib.

E-huquq.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Oman tərəfindən təklif olunan bu plan Fars körfəzi ölkələri tərəfindən dəstəklənib.

ABŞ-nin Hörmüz boğazı ilə bağlı mövqeyinə əsasən, burada heç bir tranzit üçün rüsum və ödənişlər tətbiq edilməməlidir.

Humay Eminqızı