Məzmuna keç

Karantin rejimi dövründə minlərlə notariat hərəkəti elektron qaydada rəsmiləşdirilib

"Ədliyyə Nazirliyi tərəfindən pandemiya şəraitində vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının asanlaşdırılması, məsafədən notariat xidmətlərinin göstərilməsi məqsədilə elektron xidmətlərin tətbiqi genişləndirilib, o cümlədən “Mobil notariat” vasitəsilə vətəndaşlara notariat ofisinə müraciət etmədən nəqliyyat vasitələrinin idarə olunmasına və sərəncam verilməsinə dair, həmçinin vəkillərə verilən və sosial etibarnamələrin elektron qaydada rəsmiləşdirilməsi imkanı yaradılıb".

Bu barədə e-huquq.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, pandemiya şəraitində naziriliyin rəsmi saytında yaradılmış “İnteraktiv əlaqə” vasitəsilə yüzlərlə vətəndaşa ədliyyə fəaliyyətinə müraciətləri ilə bağlı interaktiv qaydada məsləhətlər və tövsiyələr verilib. Həmçinin bu dövrdə vətəndaşlar tərəfindən elektron ədliyyə xidmətlərindən istifadənin sayı 185 minə çatıb.

“Mobil notariat” tətbiqinin istifadəçilərinin ümümi sayı 78 min nəfərə yaxın təşkil edir. Karantin rejimi dövründə bu tətbiq vasitəsilə minlərlə notariat hərəkəti elektron qaydada rəsmiləşdirilib.