Məzmuna keç

Koronavirus xəstələrinin evdə qalması məcburi olacaq

"Asiptomatik xəstələrin evdə müalicəsi üçün sənəd hazırlanır".

E-huquq.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, Bakı şəhərində doluluq faizinin artması bu halı məcburi edə bilər: "Protokollar hazırlanır və sahə poliklinikalarına göndəriləcək. Virus aşkar edilən şəxslərin evdə qalması məcburi olacaq və qaydanı pozanlar cərimələnəcək".