Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi, tibb xidməti polkovniki Tofiq Tağıyev tutduğu vəzifədən azad edilib.
Bu barədə e-huquq.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Müdafiə nazirinin əmri ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi, tibb xidməti polkovniki Tofiq Tağıyev tutduğu vəzifədən azad edilərək yuxarı vəzifəyə – Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində baş kardioloq vəzifəsinə təyin edilib.
