Məzmuna keç

Sərt karantin günlərində dializ almaq istəyənlər 108-ə zəng vurmalıdır

Dünəndən etibarən sərt karantin günlərində fəaliyyət üçün 210 minə yaxın şəxs icazə alıb.

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O qeyd edib ki, sərt karantin günlərində dializə getmək üçün 108 Çağrı Mərkəzinə müraciət edilmədidir. Onları könüllülər nəqliyyat vasitəsi ilə müvafiq tibb müəssisəsinə çatdıracaq:

"972 nəfərlik dializ alan şəxslərin siyahı hazırlanıb. Hər biri ilə danışılıb. Onlardan hansıların nəqliyyat vasitəsi varsa özləri gedəcək, digərlərini isə ASAN-ın könüllüləri dializə aparacaq və evlərinə geri qaytaracaq".