İyun ayının 18-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Vəkillər Kollegiyası (VK) üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi müvəffəqiyyətlə başa vurmuş vəkilliyə namizədlərin andiçmə mərasiminin keçirilməsi nəzərdə tutulub.
Kollegiyadan e-huquq.az-a verilən məlumata görə, eyni zamanda, tədbirdə VK və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutu arasında anlaşma memorandumu da imzalanacaqdır.
Qeyd olunan tədbirdə iştirak etmək istəyən vəkillərin [email protected] elektron poçt ünvanına müraciət etmələri xahiş olunur. İştirak üçün yerlərin məhdud olması və müraciətlərin daxil olma ardıcıllığına müvafiq olaraq cavablandırılacağı nəzərə alınmalıdır.
Tədbir 18.06.2019-cu il tarixdə, saat 9:30-dan 12:40-dək Bakı şəhəri, H.Cavid prospekti 129 ünvanında (Bakı Dövlət Universitetinin əsas girişinin yaxınlığında) yerləşən AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutacaqdır.
