Vəkillər Lənkəranda hüquqi yardım göstərdilər - FOTO


  • 10:14

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Lənkəran şəhərində həmkarlar ittifaqları üzvləri üçün növbəti ödənişsiz hüquqi yardım tədbiri keçirilib.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Əvvəlcə iştirakçılara həmkarlar ittifaqları tərəfindən əmək və sosial-iqtisadi hüquqların müdafiəsi istiqamətində görülən işlər barədə məlumat verilib, Konfederasiyanın fəaliyyətini əks etdirən film nümayiş etdirilib.

Sonra Lənkəran rayon Vəkil Bürosunun vəkilləri iştirakçıların müraciətlərini dinləyərək onları maraqlandıran hüquqi məsələlərə aydınlıq gətirib, qanunvericiliyin müvafiq tələblərini izah edib və fərdi qaydada peşəkar hüquqi məsləhətlər veriblər.

Qeyd edək ki, bu təşəbbüs Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası arasında imzalanmış Əməkdaşlıq haqqında Memorandum çərçivəsində həyata keçirilir. Layihə həmkarlar ittifaqları üzvlərinin əmək hüquqlarının və qanuni mənafelərinin müdafiəsini gücləndirməyə, onların hüquqi biliklərini artırmağa və keyfiyyətli hüquqi yardıma çıxışını asanlaşdırmağa xidmət edir.

Oxşar xəbərlər