Dövlət Gömrük Komitəsi (DGK) Amerikanın IBM korporasiyası ilə “blockchain” texnologiyasının tətbiqinə dair müqavilə imzalayacaq.
E-huquq.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında DGK-nin sədri Səfər Mehdiyev deyib.
Onun sözlərinə görə, müqavilə Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları Konfransı və Sərgisinin (“WCO IT/TI Conference & Exhibition”) ikinci günündə, yəni iyunun 13-də imzalanacaq.
