Məzmuna keç

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrinə ağır itki üz verdi

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyevə ağır itki üz verib.

E-huquq.az xəbər verir ki, Q.Əliyevin atası Vəli Əliyev vəfat edib.

Allah rəhmət eləsin!

Qeyd edək ki, Qasım Əliyev 2018-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilib.

O, daha əvvəl Şərur rayon Prokurorluğunda çalışıb, həmçinin Sədərək Rayon Məhkəməsinin hakimi, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri vəzifələrini tutub.