Məzmuna keç

Vilayət Eyvazov: “Hazırda Azərbaycanda insan orqanlarının qanunsuz transplantasiyası halı baş vermir”

Vilayət Eyvazov: "Hazırda Azərbaycanda insan orqanlarının qanunsuz transplantasiyası halı baş vermir"

“Uşaq əməyinin istismarının qarşısının alınması ilə 14 dövlət qurumu ilə əməkdaşlıq edirik. Bu istiqamətdə ciddi tədbirlər görürük”.

E-huquq.az “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatının müzakirəsi zamanı Daxili İşlər nazirinin I müavini Vilayət Eyvazov deyib.

V.Eyvazov qeyd edib ki, 2005-ci ildən insan orqanlarının qanunsuz transplantasiyası ilə bağlı 3 fakt qeydə alınıb: “Bəzi hallarda böyrək və digər orqanlarının satışı ilə bağlı məlumatlar yayılır, bu faktlar yoxlanılır, amma təsdiqini tapmır. Hazırda Azərbaycanda belə hal baş vermir”.