Məzmuna keç

“Son Zəng” mərasimlərinin keçirildiyi ərazilərə əlavə polis naryadları cəlb olunub

“Son Zəng” mərasimlərinin keçirildiyi ərazilərə əlavə polis naryadları cəlb olunub

Bakıda məktəblərinin yerləşdiyi ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Bu barədə e-huquq.az-a Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, “son zəng” mərasimlərinin təhlükəsiz və ictimai sabitlik şəraitində keçirilməsinin təmin olunması məqsədilə polis gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Mərasimlərin keçirildiyi ərazilərə əlavə polis naryadları cəlb olunub.