Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində 15 iyun Milli Qurtuluş Günü qeyd olunub
E-huquq.az xəbər verir ki, ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənov və xidmətin məsul əməkdaşları Penitensiar xidmətin Tarix muzeyində yaradılmış Heydər Əliyev guşəsinə baş çəkib, ulu öndərin büstü önünə tər çiçəklər düzüb, onun həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Ümumimilli liderin işıqlı xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım mərasimində 1993-cü il iyun ayının 15-də xalqımızın azadlığının, dövlətçiliyimizin müqəddəratının həll edildiyi bir vaxtda ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdaraq çətin və şərəfli xilaskarlıq missiyası nəticəsində Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas etdiyi vurğulanıb.
