Şirvan şəhərində Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin təşkilatçılığı ilə Olimpiya İdman Kompleksində silahsız özünümüdafiə üzrə daxili işlər orqanlarının əməkdaşları arasında yarış keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan e-huquq.az-a verilən məlumata görə, yarışda müxtəlif şəhər və rayonlardan 19 komandanı təmsil edən 60 idmançı gücünü sınayıb.
Qaliblər DİN-in qiymətli hədiyyələri və fəxri fərmanları ilə təltif olunublar.
Mükafatlandırma mərasimində çıxış edən DİN-in İdman Cəmiyyətinin idmanın təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov belə turnirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. O, bu gün idmançıların hərtərəfli qayğı ilə əhatə olunduğunu vurğulayaraq bunun da beynəlxalq turnirlərdə daha böyük uğurlar əldə etməyə imkan verdiyini bildirib.
Qeyd edək ki, turnir Şirvan şəhəriylə yanaşı Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərində də keçirilib.
