Məzmuna keç

Fuad Ələsgərov: “Arayik Arutyunyanın Gəncəyə zərbə endirmək əmri beynəlxalq humanitar hüququn ciddi pozuntusudur “

“Dağlıq Qarabağda cinayətkar dəstənin başçısı Arayik Arutyunyanın Gəncəyə zərbə endirmək əmri beynəlxalq humanitar hüququn ciddi pozuntusudur".

E-huquq.az-ın məlumatına görə, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov “Tvitter” səhifəsində yazıb.

Fuad Ələsgərov qeyd edib ki, bu hadisə A. Arutyunyanın Beynəlxalq Cinayət Məhkəməsində məsuliyyətə cəlb edilməsi üçün əsasdır və Roma Statutuna qoşulmama bu məhkəmədə araşdırmaya mane olmur.