"Erməni ordusunun texniki təchizatı indi çox sarsıldı. Yəni, çökür. Biz irəliləyirik, hər dəfə yeni torpaqları azad edirik və bu, reallıqdır”.
E-huquq.az xəbər verir ki, bunu Türkiyənin NTV televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.
Prezident bildirib ki, yaxın vaxtlarda yeni olacaq açıqlamalar onları daha da sarsıdacaq:
“Erməni xalqı da həqiqəti bilməlidir. Ən dəqiq məlumatı biz veririk. Ona görə erməni xalqı əgər real vəziyyəti öyrənmək istəyirsə bizə qulaq assın, bizi eşitsin”.
