“Məktəblərdə ən böyük problemlərdən biri şagird sıxlığıdır”
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bugünkü plenar iclasında deyib.
O bildirib ki, şagird sıxlığı təhsilin keyfiyyətinə mənfi təsir göstərən əsas problemlərdən biridir.
Deputat bu məsələyə nümunə olaraq 192 saylı tam orta məktəbi göstərib. F.Mustafanın sözlərinə görə, həmin məktəb 850 şagird yeri üçün nəzərdə tutulsa da, hazırda burada 2551 şagird təhsil alır.
“Bu məktəbdə necə savadlı şagird yetişdirmək olar? Bununla bağlı Baş nazir Əli Əsədova məktub ünvanlamışam. Bu problemlər öz həllini tapmalıdır”, – deyə deputat vurğulayıb.
Şəbnəm Mehdizadə
