Çində 2200 il əvvəl yaradılmış Terrakota Ordusu heykəllərinin hazırlanmasında qadınların və 15 yaşdan kiçik uşaqların da iştirak etmiş ola biləcəyi müəyyən edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, “Journal of Cultural Heritage” jurnalında dərc olunan araşdırmada Sian yaxınlığındakı məqbərədə yerləşən 36 terrakota heykəli üzərində aşkarlanan 79 barmaq izi təhlil edilib.
İzlərin 45 faizi yetkin kişilərə, 32,7 faizi yetkin qadınlara, 22,3 faizi isə 15 yaşdan kiçik uşaqlara aiddir.
Tədqiqatçılar bildirirlər ki, bu nəticələr heykəllərin hazırlanmasında müxtəlif yaş qruplarından olan insanların iştirak etdiyini göstərən bioloji sübutlar təqdim edir.
Bununla belə, araşdırma yalnız heykəllərin məhdud bir hissəsini əhatə edir. Alimlər işçi qüvvəsinin tərkibini daha dəqiq müəyyənləşdirmək üçün əlavə tədqiqatlara ehtiyac olduğunu vurğulayırlar.
Şəbnəm Mehdizadə
