Məzmuna keç

Nigeriyada daşqınlar 245 nəfərin həyatına son qoyub


Nigeriyada 2026-cı ilin əvvəlindən bəri güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 245 nəfər həyatını itirib, onlarla insan yaralanıb.

E-huquq.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Nigeriya Milli Fövqəladə Halların İdarə Olunması Agentliyinin (NEMA) baş direktoru Zubaida Umar bildirib ki, daşqınlar paytaxt Abuca da daxil olmaqla, ölkənin 28 ştatını əhatə edib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 673 min 350 nəfər zərər çəkib, 214 mindən çox insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.

Umar daşqınlarla mübarizə tədbirlərinin yenidən nəzərdən keçirilməsinin, mövcud çatışmazlıqların aradan qaldırılmasının və aidiyyəti qurumlar arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Şəbnəm Mehdizadə