Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri Yəmən husiləri tərəfindən Ər-Riyad istiqamətində buraxılan ballistik raketi ələ keçirərək məhv edib.
E-huquq.az xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Türki əl-Maliki bildirib.
Məlumata əsasən, həmin raket koalisiya qüvvələrinin gecə ərzində ələ keçirdiyi azı üçüncü hava hədəfi olub.
Hadisə ilə əlaqədar Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi fövqəladə hallar üzrə milli erkən xəbərdarlıq sistemini işə salaraq paytaxt sakinlərini mümkün təhlükə barədə xəbərdar edib.
