İranın xarici işlər naziri Abbas Əraqçi regionda davamlı sülh və sabitliyə nail olmaq üçün xarici qüvvələrin mövcudluğunun sıfıra endirilməli olduğunu bildirib.
E-huquq.az xəbər verir ki, bu barədə nazir yerli mətbuata açıqlamasında deyib.
“Region davamlı sülh və sabitliyə nail olmaq üçün xarici qüvvələrin mövcudluğunun sıfıra endiriləcəyi istiqamətdə irəliləməlidir”, – A.Əraqçi bildirib.
Diplomat region ölkələrinin əməkdaşlıq və razılaşmalar vasitəsilə təhlükəsizliyin təmin olunması istiqamətində göstərdikləri səyləri də qeyd edib.
