Məzmuna keç

Bakıda ölümlə nəticələnən kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb

Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi insidentlə bağlı saxlanılan şəxslər məhkəmə qarşısına çıxarılıb

Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi insidentlə bağlı saxlanılan şəxslər barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat daxil olub.

E-huquq.az xəbər verir ki, hazırda təqdimata Xətai Rayon Məhkəməsində baxılır.

Saxlanılan şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, hadisə paytaxtın Xətai rayonu, General Şıxlınki küçəsi, 36 ünvanındakı “Ab Hava” restoranın ikinci mərtəbəsindəki kabinetdə qeydə alınıb.

Hadisədən əvvəl 5 nəfər kabinetdə oturub çay içib, qəlyan çəkirmiş. Bir müddətdən sonra kabinetə daha 4 nəfər daxil olub və mübahisə başlayıb. Mübahisə nəticəsində kabinetdə bir nəfər bıçaqlanıb. Daha sonra dava restoranın foyesində davam edib.

Məlumata görə, qətlə yetirilən Ceyhun adlı şəxs bir nəfəri bıçaqlayandan sonra foyeyə qaçıb.
Bu vaxt digər şəxslər onun arxasınca gəlib və foyedə yaxalayıblar. Ceyhun hadisə yerində qətlə yetirilib.

Hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.
Onun məqsədi bir-biri arasında münaqişə olan tərəfləri barışdırmaq olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.