Məhkəmə ekspertizası əməkdaşları üçün xüsusi geyim forması müəyyənləşdirilir


  • 12:01

Məhkəmə ekspertizası sahəsində çalışan əməkdaşlar üçün xüsusi geyim forması müəyyənləşdirilir.

E-huquq.az xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bu gün keçirilən plenar iclasında bildirib.

O, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində dövlət qulluğu keçən əməkdaşlar üçün xüsusi geyim formasının müəyyənləşdirilməsinin vacibliyini qeyd edib.

Ə.Hüseynlinin sözlərinə görə, məhkəmə ekspertizası sahəsində çalışan əməkdaşlar xüsusi geyim forması ilə fərqlənməlidirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər