Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclası “Korrupsiyaya qarşı Birləşmiş Millətlər Təşkilatının Konvensiyası”nın həyata keçirilməsinin sürətləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Oman nümayəndə heyətinin üzvü Zahra Mohammed Redha deyib.
O bildirib ki, iclas hüquq-mühafizə orqanları arasında koordinasiyanın gücləndirilməsi mühüm rol oynayır.
“Biz hesab edirik ki, səmərəli antikorrupsiya çərçivələri profilaktik tədbirləri, risk əsaslı nəzarəti, korrupsiya hallarının erkən aşkarlanmasını və effektiv hüquqi tədbirlərin görülməsini özündə birləşdirməlidir. Əsas prioritetimiz beynəlxalq öhdəlikləri praktiki mexanizmlərə və ölçülə bilən nəticələrə çevirmək, institusional potensialı gücləndirmək və dövlət vəsaitlərinin səmərəli qorunmasını təmin etməkdir”, – deyə nümayəndə heyətinin üzvü qeyd edib.
O, görüşün yüksək səviyyədə təşkilinə və bizə göstərilən səmimi qonaqpərvərliyə görə Azərbaycanın Baş Prokurorluğuna təşəkkür edib: “Bakıda keçirdiyim vaxtdan böyük məmnunluq duydum. Bakı zəngin mədəniyyəti və tarixi ilə seçilən, ənənələrlə müasir inkişafın qovuşduğu gözəl və dinamik şəhərdir”.
Şəbnəm Mehdizadə
