Məzmuna keç

Azərbaycan neftinin qiyməti 116 dollara düşüb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

E-huquq.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 9,66 dollar və ya 7,66% azalaraq 116,5 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 126,16 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.