Məzmuna keç

“Disney” minlərlə əməkdaşını işdən çıxarmağı planlaşdırır

ABŞ-ın əyləncə sənayesinin ən böyük şirkətlərindən biri olan “Walt Disney”in illik xərclərini 20 faiz azaltmaq məqsədilə minlərlə əməkdaşını ixtisar etməyi planlaşdırdığı iddia olunur.

E-huquq.az xəbər verir ki, “Bloomberg”in məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, şirkət bəzi rəhbər şəxslərindən illik xərclərin 20 faiz azaldılmasını tələb edib.

Mənbələrin bildirdiyinə görə, nəzərdə tutulan qənaətin böyük hissəsinin minlərlə işçinin işdən çıxarılması hesabına əldə edilməsi planlaşdırılır.

İxtisarların şirkətin əyləncə parkları, televiziya kanalları və film studiyaları da daxil olmaqla müxtəlif fəaliyyət sahələrində çalışan əməkdaşlarına təsir edəcəyi bildirilir.

Qeyd edək ki, şirkətin ötən il üzrə dünya miqyasında 231 min əməkdaşı olub.

Şəbnəm Mehdizadə