Məzmuna keç

İrlandiyada 4 media şirkəti bombalı hücum təhdidi alıb

İrlandiyada bombalı hücum təhdidi alan 4 media şirkətindən 3-ü binalarını boşaldıb

E-huquq.az xəbər verir ki, İrlandiyada elektron poçt vasitəsilə bombalı hücum təhdidi alan dörd media şirkətindən üçü, o cümlədən ölkənin ictimai yayımçısı RTÉ-nin binası təxliyə edilib.

RTÉ-nin məlumatına görə, quruma səhər saatlarında elektron poçt vasitəsilə hücum təhdidi daxil olub. Bundan sonra Donnybrookdakı binada çalışan jurnalistlər və digər əməkdaşlar təxliyə ediliblər.

Hadisə yerinə çoxsaylı polis əməkdaşları və kinoloji qruplar cəlb olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində RTÉ-də canlı yayımlar dayandırılıb. Yalnız RTÉ Radio 1-də yayımlanan “RTÉ’s Today” proqramı canlı yayımını davam etdirib.

Təhdidlərdən sonra “Mediahuis” və “Independent News” Media şirkətlərinin binaları da boşaldılıb, əməkdaşlara evdən işləmək tapşırılıb. “Virgin Media”ya da təhdid daxil olsa da, şirkətin binası təxliyə edilməyib və canlı yayımlar davam etdirilib.

İrlandiya polisi təhdidlərlə bağlı araşdırma aparır. Baş nazir Maykl Martin hadisələrin koordinasiyalı şəkildə təşkil edildiyini söyləmək üçün hələ tez olduğunu bildirib.

Baş nazirin müavini Saymon Harris polis, təhlükəsizlik qurumları və kibertəhlükəsizlik mütəxəssislərinin vəziyyəti ciddi şəkildə araşdırdığını qeyd edib.

Şəbnəm Mehdizadə