Məzmuna keç

50 metrlik uçuruma yuvarlanan avtomobildən sağ çıxdılar – FOTO

Türkiyənin Antalya vilayətinin Alanya rayonunda avtomobilin təxminən 50 metr hündürlükdən dərəyə yuvarlanması ilə nəticələnən qəza baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sürücünün idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq təxminən 50 metr hündürlükdən dərəyə yuvarlanıb.

Sürücü və avtomobildə sərnişin qismində olan digər şəxs nəqliyyat vasitəsindən çıxaraq ərazini tərk ediblər. Hər iki şəxsin qəzada xəsarət almadığı bildirilir.

Hadisə nəticəsində avtomobil yararsız vəziyyətə düşüb.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

Şəbnəm Mehdizadə