Məzmuna keç

Azərbaycan XİN Polşa və Anqolanı Milli Gün münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Polşanı Milli Günü münasibətilə təbrik edib.

E-huquq.az-ın məlumatına görə, bu barədə nazirliyin “X” sosial media hesabında post paylaşılıb.

“Milli Gün münasibətilə Polşa xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik!

Milli Gününüz mübarək!” – paylaşımda qeyd edilib.

Nazirlik bir başqa paylaşımda isə Anqolanın Milli Gününü təbrik edib.

“Milli Günü münasibətilə Anqola xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik!

Milli Gününüz mübarək!”