Məzmuna keç

Azərbaycanda qeyri-neft-qaz ixracı 20,5% artıb

“Cari ilin 9 ayında ÜDM 1,5%, qeyri-neft-qaz sektorunda əlavə dəyər isə 2,6% artıb”.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin iclasında iqtisadiyyat nazirinin müavini Azər Bayramov deyib.

Onun sözlərinə görə, ilin yekununda ÜDM-in 1,7%, qeyri-neft-qaz ÜDM-in isə 3,1% artacağı gözlənilir.

“Artım əsasən qeyri-neft-qaz sənayesi, nəqliyyat və rəqəmsal xidmətlər hesabına təmin olunur: 9 ayın nəticəsinə əsasən, qeyri-neft-qaz sənayesi 6,3%, nəqliyyat 10%, informasiya və rabitə 11,1% artıb. 9 ayda əsas kapitala investisiyalar real ifadədə 10,9%, qeyri-neft-qaz sektorunda özəl investisiyalar isə 21%-ə yaxın artıb. Qeyri-neft-qaz ixracı (Neft Fondunun qızıl əməliyyatları nəzərə alınmadan) 20,5% artıb”, – deyə nazir müavini bildirib.