Məzmuna keç

Azərbaycanın iqtisadi artım proqnozları açıqlandı

“Həyata keçirilən dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarların maliyyə resurslarına çıxışının genişləndirilməsi, sənaye və investisiya infrastrukturunun inkişafı istiqamətində tədbirlər iqtisadiyyatın şaxələndirilməsinə və davamlı artımın təmin olunmasına töhfə verəcək”.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin iclasında iqtisadiyyat nazirinin müavini Azər Bayramov deyib.

O bildirib ki, bütün bu tədbirlər nəzərə alınaraq, 2027-ci ildə iqtisadi artımın 2,7%, 2027-2030-cu illərdə orta illik artımın 3,3%, qeyri-neft-qaz sektorunda isə 4,4% olacağı proqnozlaşdırılır.

Nazir müavininin sözlərinə görə, 2030-cu ilədək qeyri-neft-qaz sektorunun ÜDM-də payının 82%-ə çatması gözlənilir.