Türkiyənin Kırklareli vilayətində qanunsuz yollarla ölkəni tərk etməyə hazırlaşdıqları müəyyən edilən 5 nəfər saxlanılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis əməkdaşları apardıqları təhlillər nəticəsində şübhəli avtomobili nəzarətə götürüblər.
Avtomobildə olan şəxslər 4-ü FETÖ ilə əlaqədə şübhəli bilinir. Digər şəxs isə insan qaçaqmalçılığı ilə məşğul olmaqda ittiham edilir.
Hazırda şübhəli şəxslər polis idarəsində dindirilməsi və digər prosessual tədbirlər davam etdirilir.
Şəbnəm Mehdizadə
