Lənkəranda məişət zəmnində zəhərlənmə hadisəsi baş verib.
Bu barədə e-huquq.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Məlumata görə, Lənkəranda qeydə alınan zəhərlənmə faktı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb. Dərhal araşdırmalara başlanılıb. İlkin araşdırma zamanı rayonun Osaküçə kənd sakini olan ailə üzvlərinin evdə hazırladıqları plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss etdikləri məlum olub.
Qeyd olunub ki, agentliyin əməkdaşları tərəfindən müvafiq tədbirlər icra edilir.
“AQTA bir daha vətəndaşlara müraciət edərək məişət şəraitində hazırlanan qidaların saxlanma şəraitinə, temperatur rejiminə, eləcə də gigiyena və düzgün daşınma qaydalarına ciddi riayət olunmasının vacibliyini bildirir”, məlumatda deyilir.
