Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Ramiz Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Qaradağ Rayon Məhkəməsində hakim Emin Fətəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, R.Vəliyev Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2025-ci ildə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocəsən yolu, Lökbatan qəsəbəsi
istiqamətində “Bağ Evləri” adlanan ərazidə baş verib. Belə ki, R.Vəliyev idarə etdiyi “BMC” markalı sərnişin avtobusu ilə yolu keçən Əligüşət Qurbanovu vurub. Piyada aldığı xəsarətlərdən ölüb.
Şəbnəm Mehdizadə
